Avro-2024: APL klublarının baş məşqçiləri kimləri dəstəkləyəcək? (SORĞU)

Bu gün Avro-2024-ün final mərhələsinə start veriləcək. Almaniyanın ev sahibliyi edəcəyi turnir bir ay davam edəcək və həlledici oyun iyulun 14-də keçiriləcək.

Açılış matçında isə ev sahibi almanlarla Şotlandiya yığması üz-üzə gələcək.

FutbolPress” Premyer Liqa klublarının baş məşqçilərinin dəstəkləyəcəyi komandaları öyrənib:

Qurban Qurbanov (“Qarabağ”) – İspaniya və Türkiyə
Rəşad Sadıqov (“Zirə”) – Türkiyə
Samir Abasov (“Sumqayıt”) – Ukrayna və Xorvatiya
Krunoslav Renduliç (“Sabah”) – Xorvatiya
Elmar Baxşıyev (“Araz-Naxçıvan”) – azarkeşlik edəcəyi komanda yoxdur.
Ayxan Abbasov (“Şamaxı”) – Türkiyə
“Neftçi” – baş məşqçisi yoxdur.
“Turan Tovuz” – baş məşqçisi yoxdur.
Adil Şükürov (“Kəpəz”) – Türkiyə
Şahin Diniyev (“Səbail”) – Türkiyə, İspaniya

Şahin Cəfərov