Avro-2024: açılış oyununa təyinatlar açıqlandı

Avro-2024-ün açılış oyununun hakimləri açıqlanıb.

Futbolpress.az xəbər verir ki, A qrupunda Almaniya ilə Şotlandiya arasında baş tutacaq görüşü FIFA referisi Klemen Turpen idarə edəcək. Ona yan xətt hakimləri Nikolas Danos və Benjamin Peycs kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fransua Leteksye yerinə yetirəcək.

İyunun 14-də baş tutacaq görüşə saat 23:00-da start veriləcək.