Avro-2024: Almaniya və İsveçrə 1/8 finalda

Bu gün Avro-2024-ün qrup mərhələsinin III turuna start verilib.

Futbolpress.az xəbər verir ki, birinci oyun günündə A qrupunun oyunları baş tutub.

1/8 finala vəsiqəni təmin edən Almaniya İsveçrə ilə heç-heçə edib və qrup lideri olub. İsveçrə yığması isə ikinci kimi növbəti mərhələyə yüksəlib. Digər görüşdə isə Macarıstan son dəqiqədə vurduğu qolla şotlandları məğlub edib və 1/8 final şansını saxlayıb.

Avro-2024
Qrup mərhələsi, III tur

23 iyun

A qrupu

23:00 İsveçrə – Almaniya 1:1
Qollar: Ndoy, 28 – N.Fulkruq, 90+2

23:00 Şotlandiya – Macarıstan 0:1
Qol: Sobot, 90+10

Xal durumu: Almaniya – 7, İsveçrə – 5, Macarıstan – 3, Şotlandiya – 1.