Avro-2024: 1/8 finalın rəmzi komandası bilindi

“WhoScored” portalı Avro-2024-ün 1/8 final mərhələsinin rəmzi komandasını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, heyətdə İspaniyadan və Portuqaliyadan 3 futbolçu yer alıb:

Qapıçı: Dioqu Koşta (Portuqaliya)

Müdafiəçilər: Nunu Mendeş (Portuqaliya), Niko Şlotterbek (Almaniya), Merih Demiral (Türkiyə), Stefan Poş (Avstriya)

Yarımmüdafiəçilər: Joao Palninya (Portuqaliya), Niko Uilyams, Fabian Ruis, Lamin Yamal (hər üçü İspaniya)

Hücumçular: Arda Güler (Türkiyə), Kay Haverts (Almaniya).