Avokubokların finalları İstanbulda!

2026 Avropa Liqası və 2027 Konfrans Liqası finalına ev sahibliyi edəcək ölkə açıqlanıb.

Futbolpress.az xəbər verir ki, həlledici görüşlər Türkiyədə keçiriləcək. Bu barədə UEFA İcraiyyə Komitəsinin üzvü Sərvət Yardımcı açıqlama verib.

O, Avropa və Konfrans Liqasının müvafiq olaraq 2026 və 2027 finallarının İstanbulda oynanılacağını bildirib.