“Çelsi”nin futbolçusu Konoq Qallaqer karyerasını İspaniyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Atletiko” ingilis yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə AS nəşri məlumat yayıb. 24 yaşlı futbolçu Madrid təmsilçisinin transferdə əsas hədəfidir və baş məşqçi Dieqo Simeone onun tezliklə kluba cəlb edilməsini istəyib.
Konor 2022-ci ildən “Çelsi”də çıxış edir. O, “zadəganlar”la 95 oyunda 10 qol vurub, 10 məhsuldar ötürmə edib.