“Atletiko”nun yeni mövsüm üçün transferdə əsas hədəfi məlum olub.
Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi “Vilyarreal”dan Aleks Baena ilə maraqlanır. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. “Atletiko” mövsümün sonuna kimi 23 yaşlı vingeri izləyəcək.
Baena 2020-ci ilin yayından “Vilyarreal”ın formasını geyinir. O, bu mövsüm La Liqada 8 oyunda 1 qol vurub, 5 məhsuldar ötürmə edib.