“Atletiko”nun hücumçusu “Fənərbağça”nın “radarında”

“Atletiko”nun futbolçusu Joao Feliks karyerasını “Fənərbağça”da davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı hücumçunu icarəyə götürmək istəyir. Bu barədə “Fanatik” nəşri məlumat yayıb.

Türkiyə təmsilçisi Feliks üçün 6 milyon avro icarə haqqı ödəməyə hazırdır. “Atletiko”nun tələbi isə 10 milyon avrodur.

Portuqaliyalı futbolçu ötən mövsümü “Barselona”da icarədə keçirib.