“Atletiko”nun futbolçusu Stevan Saviç karyerasını Türkiyədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Trabzonspor” 33 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Super Liqa təmsilçisi oyunçuya 3 illik müqavilə təklif edib.
“Atletiko”da taleyi qeyri-müəyyən olan monteneqrolu oyunçu klubdan düşünmək üçün vaxt istəyib.
Saviç 2015-ci ildən Madrid klubunda çıxış edir. Onun sözləşməsi 2025-ci ilin yayına kimidir.