“Atletiko”dan “Sevilya”ya

“Sevilya” “Atletiko”nun futbolçusu Saul Niqesi icarəyə götürüb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümünü icarə əsasında “Sevilya”da keçirəcək.

Saul “Atletiko”nun yetirməsidir. O, Madrid təmsilçisində 329 oyunda 32 qol vurub, 21 məhsuldar ötürmə edib.