“Atletiko”nun futbolçusu Anxel Korrea karyerasını Meksikada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Tiqres” klubu 30 yaşlı cinah oyunçusunun xidmətində maraqlıdır. Bu barədə “Relevo” nəşri məlumat yayıb. Meksika təmsilçisi Korrea üçün 6 milyon avro ödəməyə hazırdır.
“Atletiko” tərəfi oyunçunun gedişinə qarşı deyil.
Korrea bu mövsüm 42 oyunda 7 qol vurub, 5 məhsuldar ötürmə edib.