“Atletiko”dan “Beşiktaş”a

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi “Atletiko”dan ayrılan Qabriel Paulistanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı müdafiəçi İstanbula gəlib və rəsmi müqavilə imzalayacaq.

Paulista ötən mövsüm “Atletiko”da 24 oyunda meydana çıxıb.