“Atletiko”dan ayrılan Stefan Saviç karyerasını Türkiyədə davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, 33 yaşlı müdafiəçi “Trabzonspor”la razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Monteneqrolu oyunçu yeni klubu ilə 3 illik müqavilə imzalayacaq.
Saviç ötən mövsüm La Liqada 23 oyunda meydana çıxıb.