“Atletiko”dan ayrılan futbolçu rəsmən “Roma”da

“Atletiko”dan ayrılan Mario Hermosonun yeni klubu dəqiqləşib.

Futbolpress.az xəbər verir ki, ispan müdafiəçi “Roma”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mario ilə 2 illik müqavilə imzalanıb.

Hermoso “Atletiko”da 174 oyunda 10 qol vurub, 6 məsuldar ötürmə edib.