“Atletiko”dan ayrılan futbolçu klub tapa bilmir

“Atletiko”dan ayrılan Mario Hermoso klubsuz qalıb.

Futbolpress.az xəbər verir ki, Madrid klubu ilə müqaviləsi başa çatan futbolçuya təklif yoxdur. Bu barədə AS nəşri məlumat yayıb.

Daha əvvəl yarımmüdafiəçi ilə İtaliya klublarının maraqlandığı bildirilsə də, hələ rəsmi təklif yoxdur.

Hermoso 2019-cu ildən “Atletiko”da çıxış edirdi. O, madridlilərlə 123 oyunda 6 qol vurub.