“Atletiko”da üç vida

“Atletiko” üç futbolçunun komandadan ayrıldığını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi Mario Hermoso, Qabriel Paulista və Memfis Depayla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Paulista “Beşiktaş”a keçib. Digər iki oyunçu isə azad agent statusundadır.