“Atletiko”da fransalı müdafiəçi

“Atletiko” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi “Barselona”dan Kleman Lanqleni icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransalı müdafiəçi 2024/25 mövsümünü “Atletiko”da keçirəcək.

Lanqle 2018-ci ildən “Barselona”dadır. O, ötən mövsümdə icarə əsasında “Aston Villa”da oynayıb.