“Atletiko”da idman direktoru Andrea Berta ilə yollar ayrılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Funksionerlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Berta 2013-cü ildən “Atletiko”da çalışırdı. Öncə klubda skaut olan funksioner 2017-ci ildən isə idman direktoru idi.