“Çelsi” “Atletiko”nun futbolçusu Samuel Omorodionu transfer etmək istəyir.
Futbolpress.az xəbər verir ki, “zadəganlar” 20 yaşlı hücumçu üçün üç dəfə təklif göndərib. Sonuncu məbləğ isə bonuslarla birlikdə 50 milyon avro olub.
“Atletiko” oyunçunu satmaq istəmir. Klub rəhbərliyi Samueli daha bir mövsüm komandada saxlamaq və sonra yüksək məbləğə satmağı düşünür.
Samuel ötən mövsümü icarə əsasında “Alaves”də keçirib. O, 36 oyunda 9 qol vurub.