“Atletiko” Simeoneyə əvəzləyici tapdı

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Todofichajes” nəşri məlumat yayıb.

Qeyd olunub ki, “Atletiko” mütəxəssislə yaxından maraqlanır. Bildirilir ki, Dieqo Simeone mövsümün sonunda istefaya göndərilə bilər.

34 turdan sonra Madrid təmsilçisi 67 xalla 4-cüdür.