“Atletiko” futbolçusu Antuan Qrizmannla müqaviləni uzatmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Rudi Qaletti məlumat yayıb. Madrid təmsilçisi fransalı yarımmüdafiəçi ilə danışıqlara başlayıb.
Qrizmannın indiki müqaviləsi 2026-cı ilin yayına kimidir. O, bu mövsüm 47 oyunda 24 qol vurub, 8 məhsuldar ötürmə edib.