“Atletiko” onu İtaliyaya göndərdi

“Atletiko” qapıçısı Horatsiu Moldovanı icarəyə verib.

Futbolpress.az xəbər verir ki, rumıniyalı qolkiper 2024/25 mövsümünü “Sassuolo”da keçirəcək. Bu barədə B Seriyası klubunun mətbuat xidməti məlumat yayıb.

Moldova ötən mövsümü ölkəsində “Rapid”də icarədə keçirib. O, 23 oyunda 25 qol buraxıb.