“Atletiko” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi “Vilyarreal”dan Aleksander Sörlotu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Norveçli hücumçu ilə 4 illik müqavilə imzalanıb.
“Atletiko” Sörlot üçün “Vilyarreal”a 32 milyon avro ödəyəcək.