“Atletiko” milli üzvü ilə razılaşdı

“Atletiko” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi “Real Sosyedad”ın və İspaniya millisinin müdafiəçisi Roben le Normal ilə razılaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Futbolçu ilə razılaşan “Atletiko” “Real Sosyedad”la danışıqları davam etdirir. Madridlilər yaxın zamanda transferi tamamlamaq niyyətindədir.

Norman 2016-cı ildən “Real Sosyedad”da çıxış edir. O, ötəv mövsümdə 43 oyunda 2 qol vurub.

27 yaşlı müdafiəçi İspaniya millisinin Avro-2024 üçün yekun heyətində yer alıb.