“Atletiko” ingilis futbolçu ilə razılaşdı

“Çelsi”nin futbolçusu Konor Kallaqer karyerasını İspaniyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, ingilis yarımmüdafiəçi “Atletiko” ilə razılaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Madrid klubu Kallaqer üçün 40 milyon avro ödəyəcək.

“Atletiko” futbolçu ilə 3 illik müqavilə imzalayacaq.