“Atletiko” 35 milyon avroya hücumçu alır

“Vilyarreal”ın hücumçusu Aleksander Sörlot karyerasını “Atletiko”da davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. Xəbərdə norveçli forvardın yaxın zamanda madridlilərlə müqavilə imzalayacağı bildirilib.

“Atletiko” Sörlot üçün “Vilyarreal”a 35 milyon avro ödəyəcək.

Forvard ötən mövsümdə 41 oyunda 26 qol vurub.