Braziliyalı keçmiş futbolçu Marselonun oğlu Enso Alves “Real” ilə müqaviləsini uzadıb.
Futbolpress.az xəbər verir ki, 15 yaşlı oyunçunun sözləşməsi 2027-ci ilin yayına kimi artırılıb.
Enso 2017-ci ildən “Real”ın akademiyasındadır. O, İspaniyanın U-16 yığmasının da üzvüdür.
Marselo 2007-2022-ci illərdə “Real”ın formasını geyinib.