“Atalanta”nın prezidenti Qasperininin gələcəyindən danışdı

“Atalanta”nın prezidenti Antonio Perkassi Avropa Liqasının finalında “Bayer”i məğlub etdikləri görüşdən sonra fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, funksioner komandanın baş məşqçisi Can Pyero Qasperininin taleyi haqda danışıb:

“Şübhəm yoxdur ki, Qasperini bizimlə qalacaq. Onunla görüşüb, məsələləri müzakirə edəcəyik. Kuboku qazanmağımız birlikdə yola davam etməyimizə kömək olacaq”.

Avropa Liqasını qazanan “Atalanta” A Seriyasında da 5-ci sıradadır.