“Atalanta”nın prezidenti Antonio Perkassi Avropa Liqasının finalında “Bayer”i məğlub etdikləri görüşdən sonra fikirlərini bildirib.
Futbolpress.az xəbər verir ki, funksioner komandanın baş məşqçisi Can Pyero Qasperininin taleyi haqda danışıb:
“Şübhəm yoxdur ki, Qasperini bizimlə qalacaq. Onunla görüşüb, məsələləri müzakirə edəcəyik. Kuboku qazanmağımız birlikdə yola davam etməyimizə kömək olacaq”.
Avropa Liqasını qazanan “Atalanta” A Seriyasında da 5-ci sıradadır.