“Atalanta”nın futbolçusu Ademola Lukman karyerasını Fransada davam etdirməyə yaxındır.
Futbolpress.az xəbər verir ki, PSJ 26 yaşlı hücumçunun xidmətində maraqlıdır. Bu barədə insayder Nikolo Skira məlumat yayıb. Xəbərdə parislilərin Lukmanla şəxsi razılığa gəldiyi bildirilib.
Ademola 2022-ci ilin avqustundan “Atalanta”da forma geyinir. O, 79 oyunda 23 qol vurub, 18 məhsuldar ötürmə edib.