İtaliya Kubokunda 1/4 final mərhələsinə start verilib.
Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Atalanta” “Bolonya” ilə üz-üzə gəlib. Matç Berqamo təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. “Bolonya”nın yeganə qolunu 80-ci dəqiqədə Santyaqo Kastro vurub.
“Bolonya” yarımfinalda “Yuventus” – “Empoli” cütünün qalibi ilə qarşılaşacaq.