“Atalanta” ötən mövsümü icarə əsasında komandada keçirən Şarl de Keteların transfer hüquqlarını “Milan”dan alıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Berqamo təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Şarl ilə razılaşmanın detalları açıqlanmayıb.
Belçikalı futbolçu ötən mövsüm “Atalanta”da 50 oyunda 14 qol vurub, 11 məhsuldar ötürmə edib.