“Atalanta” heyətini yeni hücumçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Berqamo təmsilçisi “Cenoa”dan Mateo Retegini transfer edib. 25 yaşlı forvardın keçidinin detalları açıqlanmayıb.
Mateo İtaliya yığması ilə Avro-2024-də iştirak edib.
Hücumçu ötən mövsüm “Cenoa”da 31 oyunda 9 qol vurub.