“Aston Villa”dan 50 milyonluq transfer

“Aston Villa” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Birmingem təmsilçisi “Everton”dan Amadu Onananı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə razılaşmanın detalları açıqlanmayıb.

Onana 2022-ci ilin yayından “Everton”da çıxış edib. O, mersisaydlılarla 70 oyunda meydana çıxıb.

“Aston Villa” Belçika yığmasının da üzvü olan Onana üçün 50 milyon funt-sterlinq ödəyəcək.