“Aston Villa” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Futbolpress.az xəbər verir ki, Birmingem təmsilçisi “Luton”dan Ross Barkli ilə anlaşıb. Bu barədə “The Guardian” nəşri məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi ilə danışıqlar yekunlaşıb və yaxın zamanda rəsmi açıqlama olacaq.
Barkli son mövsümdə “Luton”la 37 oyunda 5 qol vurub, 6 məhsuldar ötürmə edib.
Futbolçu daha əvvəl “Çelsi” və “Nitsa”da çıxış edib.