“Asiya Uşaqları”: Azərbaycan güləşçilərindən 8 medal

Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya Uşaqları” Oyunlarında güləş yarışlarına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, bu gün U-15 yaş qrupu üzrə yunan-Roma güləşində qaliblər müəyyənləşib.

U-15 Avropa çempionatının qalibi Qurban Məcnunov (44 kq) Yakutskda da bütün rəqiblərindən güclü olub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yusif Mirzəyev (38 kq) isə bürünc medal qazanıb.

Beləliklə, güləşçilərimiz ümumilikdə bu oyunlarda 1 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıb.

Qeyd edək ki, Yakutskda I kateqoriyalı beynəlxalq hakim Bəşir İsazadə ədaləti qoruyub.