Asim Xudiyevə beynəlxalq təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev 2024/2025-ci illər mövsümündə ilk təyinatını alıb.

Futbolpress.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 11-də keçiriləcək “Tikveş” (Şimali Makedoniya) – “Breydablik” (İslandiya) görüşünün hakim-inspektoru olacaq.

Skopye şəhərində yerləşən “Todor Proeski” stadionunda keçiriləcək matçı lüksemburqlu baş hakim Ceremi Muller idarə edəcək.