Asensio yenidən Madridə qayıda bilər

PSJ-nin yarımmüdafiəçisi Marko Asensio “Atletiko”ya keçə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Todofichajes” nəşri məlumat yayıb.

Qeyd olunub ki, Madrid təmsilçisi yayda futbolçunu heyətinə qatmaq üçün danışıqlara başlayacaq.

28 yaşlı futbolçunun Paris klubu ilə 2026-cı ilin yayına qədər müqaviləsi var.

O, bu mövsüm 30 oyunda 5 qol, 7 ötürmə ilə yadda qalıb.

İspaniyalı futbolçu 2015-2023-cü illər aralığında “Real”da top qovub.