PSJ-nin vingeri Marko Asensio icarə əsasında “Aston Villa”ya transfer olunub.
Futbolpress.az xəbər verir ki,bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçu cari mövsümün sonuna kimi “aslanlar”da çıxış edəcək.
İspaniyalı hücumçu cari mövsümdə Paris klubunun heyətində 16 matça çıxıb, 2 qol və 5 məhsuldar ötürmə edib.