Aşağı yaş qrupları üzrə liqalarda keçiriləcək matçlar təxirə salındı

AFFA aşağı yaş qrupları üzrə liqalarda keçiriləcək oyunları təxirə salıb.

Futbolpress.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. Oyunların hava şəraitinə görə təxirə salındığı bildirilib:

“Bütün zonalar üzrə 22/23.02.2025-ci il tarixlərində keçirilməsi planlaşdırılan AFFA U-8, AFFA U-9, AFFA U-10, AFFA U-11, AFFA U-12, AFFA U-13 və AFFA U-14 Liqalarının oyunları qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınır”.