“Artıq “Barselona” böyük oyunçularla müqavilə imzalaya bilər”

“Barselona”nın prezidenti Xoan Laporta açıqlama verib.

Futbolpress.az xəbər verir ki, “La Vanguardia”ya danışan funksioner klubun maliyyə durumunun düzəldiyini deyib:

“Hər şey qaydasındadır. Maliyyə durumumuz xeyli yaxşılaşıb. Demək olar, normala yaxınıq. Artıq “Barselona” böyük oyunçularla müqavilə imzalaya bilər. Yaxın vaxtlarda maddi durumla bağlı daha ətraflı məlumat verəcəyik”.

“Barselona”nın “Leypsiq”dən Dani Olmonu 60 milyon avro qarşılığında transfer edəcəyi iddia edilib. Bununla yanaşı, kataloniyalılar “Atletik”dən Niko Uilyamsı transfer etmək istəyir və bununçün azı 50 milyon avroya ehtiyac var.