Arteta: “Ümid edirəm ki, “Mançester Siti” xal itirəcək”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempionluq yarışından danışıb.

Futbolpress.az xəbər verir ki, “Evening Standard”a danışan mütəxəssis “Mançester Siti”nin xal itirməsini arzuladığını deyib:

“Ümid edirəm ki, “Mançester Siti” xal itirəcək. İçimdə nələr olduğunu bilirsiniz. Sadəcə qələbə istəyirəm, amma rəqiblər də xal itirməlidir və bunun olacağına ümid edirəm. Qarşıda hələ oyunlar var və hər şey ola bilər. Emosiyalarımızı itirməməli, tempi davam etdirməliyik”.

“Arsenal” 35 turdan sonra 80 xalla birinci sıradadır. Bir oyun az keçirən “Mançester Siti” isə 79 xalla ikincidir.