“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandasının “Real” üzərindəki üstünlüyünü möhkəmləndirmək istədiyini açıqlayıb.
Futbolpress.az xəbər verir ki, ispaniyalı məşqçi təsirli üstünlüyə baxmayaraq, “topçular”ın çərşənbə günü “Santyaqo Bernabeu”da növbəti qələbə üçün oynayacaqlarını bildirib:
“Real”a qarşı ikinci oyunumuzda qalib gəlmək istəyirik. Bizim münasibətimiz belədir, özümüzü bu şəkildə daha rahat hiss edirik. Biz həmişə rəqiblərimizdən daha yaxşı olmaq istəyirik”.
London komandası ötən həftə 1/4 finalın ilk oyununda evdə “Los Blankos”u 3:0 hesabı ilə məğlub edib.
Sabah keçiriləcək “Real” – “Arsenal” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.