Arteta: “Rəqabəti artırmağa ehtiyacımız var”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta açıqlama verib.

Futbolpress.az xəbər verir ki, ispan mütəxəssis transfer proseslərinin yubanması haqda fikirlərini bölüşüb:

“Transferdə hərəkətlilik aşağıdır. Düşünürəm ki, yeni qaydalar işləri daha ləngidir. Biz artıq müəyyən heyətə sahibik. Sadəcə rəqabəti artırmağa ehtiyacımız var. Komandanı təkmilləşdirmək üçün işlərimiz gedir”.