“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqada “Çelsi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Oyunun bir çox anlarında üstün olduq, daha yaxşı oynadıq. Önə keçəndən sonra tez qol buraxmağımız məyus etdi. Bu, çox pis idi. Bunlar bizim standartlarımız deyil, qəbuledilməz vəziyyətdir. Buna baxmayaraq, oyunçularımla fəxr edirəm. Bura qələbə üçün gəlmişdik, ancaq ala bilmədik. Nizamsız oynadıq və bəzi anlarda uyğunlaşa bilmədik.
Ümumilikdə, hər şey istədiyimiz kimi gedirdi. Lakin buraxılan qol bizi ruhdan saldı. Problemlərimiz var və bunları kökündən həll etməliyik. Komandam daha yaxşı olmaq potensialındadır”.