Arteta nəticədən razıdır

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasında “Şaxtyor”a (Ukrayna) qalib gəldikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Nəticədən razıyam. Çempionlar Liqasında hər oyun çətindir. Birinci hissədə daha çox qol vurmalı idik. İkinci hissədə özümüzü yorğun hiss etdik. Bir neçə gün əvvəl meydanda olan futbolçularla yenidən 60 dəqiqə oynamaq çətin oldu. Buna baxmayaraq, layiqli qələbə qazandıq”.