“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqada “Nyukasl”la heç-heçə etdikləri görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:0 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Əyilməz xarakter nümayiş etdirdik və qalib gəlməyi nə qədər çox istədiyimizi göstərdik. Üstün tərəf biz idik və müxtəlif üsullarla qollar vurmağa çalışdıq. Sona qədər mübarizə aparsaq da, uğur qazana bilmədik. Nəticə xoş hisslər buraxmadı”.
“Arsenal” Premyer Liqada 27 turdan sonra 54 xalla 2-ci sıradadır.