Arteta: “Həyatımda ilk dəfə belə penalti gördüm”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqada “Brayton”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Məyusuq, çünki qələbə qazanmaq istəyirdik. Oyuna yaxşı və qolla başladıq. Lakin çətin olacağını əvvəldən təxmin edirdik. İkinci hissədə çoxlu top itirməyə başladıq. Penalti epizodu isə mübahisəlidir. Həyatımda ilk dəfə belə penalti gördüm.

Üç gündən bir oynayırıq və bu, futbolçulara təsirsiz ötüşmür. Çünki eyni tempdə oynamaq çox çətindir”.