“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandasının ötən mövsümünü dəyərləndirib.
Futbolpress.az xəbər verir ki, ispaniyalı mütəxəssis “topçuları” keçən mövsüm İngiltərə Premyer Liqasının ən yaxşı klubu adlandırıb:
“Biz “Arsenal” olaraq keçən il liqanın ən yaxşı komandası idik, bir çox rekordlar qırdıq, amma hələ də böyük kuboku qazana bilməmişik.
Qeyd edək ki, Premyer Liqanın 2023/24 mövsümünün qalibi 91 xalla “Mançester Siti” olmuşdu. “Arsenal” isə 89 xalla ikinci pillədə qərarlaşmışdı