“Arsenal”ın yaxşı qələbəyə ehtiyacı var”

“Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill bu gün keçiriləcək “Mançester Siti” – “Arsenal” oyunu haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis London klubunun qələbə qazanmalı olduğunu deyib:

“Arsenal” son iki ildə etdiklərinə rəğmən hələ tutarlı bir iş görməyib. “Mançester Siti” ilə görüşün çempionluq yarışında önəmli olacağını demək tezdir. Ancaq “Arsenal”ın yaxşı qələbəyə ehtiyacı var. Bunu əldə edərək, nəyə qadir olduqlarını göstərməlidirlər”.

“Mançester Siti” – “Arsenal” oyunu saat 19:30-da start götürəcək.